Terms of Service
Bu səhifə (onda istinad edilən sənədlərlə birgə) qonaq və ya qeydiyyatdan keçmiş istifadəçi kimi bu veb-saytdan (myunidays.com) ("Sayt") istifadə şərtlərini sizə bildirir. Saytımızı istifadə etməmişdən öncə bu istifadə şərtlərini ("Şərtlər") diqqətlə oxumağınız xahiş olunur. Saytımızdan istifadə etməklə, siz bu Şərtləri qəbul etdiyinizi və onlara əməl etməyə razılaşdığınızı bildirirsiniz. Əgər bu Şərtlərlə razı deyilsinizsə, lütfən, Saytdan istifadə etməyin.
Haqqımızda məlumat
myunidays.com MYUNIDAYS LTD tərəfindən idarə edilən, UNiDAYS ("biz", "bizim" və "bizə") ticarət markası ilə kommersiya fəaliyyəti göstərən saytdır. Biz 7552253 nömrəsilə İngiltərə və Uelsdə qeydiyyatdan keçmişik və qeydiyyatdan keçdiyimiz ofis 2 Castle Boulevard, Nottingham, NG7 1FB ünvanında yerləşir.
Saytımıza giriş
Saytımıza girişə müvəqqəti əsaslarla icazə verilir və bildiriş təqdim etməklə (aşağıda baxın) biz xidməti dayandırmaq və ya ona düzəliş etmək hüququnu qoruyub saxlayırıq. Hər hansı bir vaxtda və ya hər hansı bir müddətdə Saytımızdan istifadə mümkün olmazsa, buna görə məsuliyyət daşımayacağıq.
Bəzən bizdə qeydiyyatdan keçmiş istifadəçilər üçün Saytımızın bəzi hissələrinə və ya bütünlükdə saytımıza girişi məhdudlaşdıra bilərik.
Əgər təhlükəsizlik prosedurlarımızın bir hissəsi kimi istifadəçinin identifikasiya kodu, parol, yaxud hər hansı bir məlumat parçasını seçsəniz, yaxud bunlarla təmin edilsəniz, bu cür məlumatla məxfi davranmalı və onu hər hansı üçüncü tərəfə açıqlamamalısınız. Əgər bu Şərtlərin hər hansı müddəalarına əməl etmədiyinizi düşünsək, biz hər hansı istifadəçinin identifikasiya kodu və ya parolunu (sizin tərəfinizdən seçilə və ya tərəfimizdən sizə təqdim edilə bilər) istənilən vaxt qeyri-aktiv etmək hüququna malikik.
Saytımıza daxil olmağınız üçün bütün zəruri tədbirlərin görülməsinə görə siz məsuliyyət daşıyırsınız. Siz həm də İnternet bağlantınız vasitəsilə Saytımıza daxil olan bütün şəxslərin bu şərtlərdən xəbərdar olması və onlara əməl etməsinə görə məsuliyyət daşıyırsınız.Kampaniya kodunu əldə etməklə, yaxud Saytımız vasitəsilə təklif və ya endirimə daxil olmaqla, siz bu cür təklif və ya endirimin üçüncü tərəfin şərtləri və qaydaları ilə tənzimlədiyini təsdiqləyirsiniz və həmin üçüncü tərəflə hər hansı əməliyyata daxil olmazdan əvvəl bu cür şərtlər və qaydalara nəzər salmaq sizin məsuliyyətinizdir.
UNiDAYS xidməti yaşı 16-dan az olan şəxslər üçün nəzərdə tutulmayıb. Əgər hələ yaşınız 16 olmayıbsa, sizin UNiDAYS xidmətindən istifadə etmək icazəniz yoxdur. Xidmətdən istifadə etməklə, ən azı 16 yaşında olduğunuzu təsdiq edirsiniz. Əgər 16-17 yaşınız varsa, siz yalnız valideyn və ya qanuni qəyyumun icazəsi ilə UNiDAYS xidmətində qeydiyyatdan keçə bilərsiniz. UNiDAYS xidmətindən istifadə etməklə, siz bu cür razılığı aldığınızı və bu Şərtlərə əməl və riayət etdiyinizi təsdiqləyirsiniz. Əgər yaşınız 18 və ya ondan yuxarıdırsa, bu Şərtlərdə qeyd olunmuş şərtlər, qaydalar, öhdəliklər, təsdiqləmələr, təqdimatlar və zəmanətləri tam şəkildə anladığınızı və qəbul etdiyinizi təsdiqləyirsiniz.
Əqli mülkiyyət hüquqları
Biz Saytımızda bütün əqli mülkiyyət hüquqlarının sahibiyik. Başqa veb-saytlar, məhsul və şirkət reklamlarından toplanmış məlumat istisna olmaqla, biz həm də Saytda dərc olunan materiallarda əqli mülkiyyət hüquqlarına sahibik. Bu işlər bütün dünya üzrə müəllif hüququ qanunları və sazişləri ilə qorunur. Bütün bu cür hüquqlar qorunur.
Siz bir nüsxəni çap edə, şəxsi istinadınız üçün Saytımızdan hər hansı səhifə çıxarışını endirə və göstərişlərə uyğun olaraq başqalarının diqqətini Saytımızda dərc olunmuş materiala çəkə bilərsiniz.
Siz çap etdiyiniz və ya endirdiyiniz sənəd və ya hər hansı materialların rəqəmsal surətlərini hər hansı şəkildə dəyişdirə bilməzsiniz və hər hansı illüstrasiya, foto, video və ya audio ardıcıllığı, yaxud istənilən qrafik materialı hər hansı müşayiətçi mətndən ayrı istifadə etməməlisiniz.
Statusumuz həmişə (hər hansı müəyyən edilmiş əməkdaşların statusu) Saytımızda material müəllifləri kimi qəbul edilməlidir.
Saytımızda olan materialların hər hansı bir hissəsini kommersiya məqsədləri üçün istifadə edə bilməzsiniz, bunu etmək üçün əvvəlcə bizdən lisenziya əldə etməlisiniz.
Əgər bu Şərtləri pozaraq Saytımızın hər hansı bir hissəsini çap etsəniz, surətini çıxarsanız və ya endirsəniz, Saytımızdan istifadə etmək hüququnuz dərhal dayanacaq və seçimimiz əsasında siz çıxardığınız materialların hər hansı surətlərini qaytarmalı və ya ləğv etməlisiniz.
Yerləşdirilən məlumata inam
Saytımıza yerləşdirilən şərhlər, reklamlar və digər materiallar etibar edilməli olan məsləhət hesab olunmamalıdır. Ona görə də biz, Saytımıza daxil olan hər hansı ziyarətçi və ya onun məzmunundan məlumatlı olan hər hansı bir kəs tərəfindən yerləşdirilən bu materiallara hər hansı inamla bağlı bütün məhdudiyyət və məsuliyyətlərdən imtina edirik.
Saytımız mütəmadi olaraq dəyişir
Məqsədimiz Saytı müntəzəm olaraq yeniləməkdir və biz istənilən vaxt məzmunu dəyişdirə bilərik. Əgər ehtiyac yaranarsa, Saytımıza girişi dayandıra və ya onu qeyri-müəyyən müddətə bağlaya bilərik. Saytımızda verilən istənilən material istənilən vaxt köhnəlmiş ola bilər və bu cür materialı yeniləmək üçün öhdəliyimiz yoxdur.
Öhdəliyimiz
Saytımızda göstərilən material hər hansı zəmanət, şərt və ya onun düzgünlüyü ilə bağlı təminat olmadan təqdim olunur. Qanunla icazə verilən səviyyədə biz və bizimlə əlaqədə olan hər hansı üçüncü tərəflər açıq şəkildə aşağıdakıları istisna edir: Əsasnamə, ümumi qanun və ya ədalət hüququ ilə idarə oluna bilən bütün şərtlər, zəmanətlər və digər şərtlər.
Saytımızla bağlı və ya Saytımızın, onunla əlaqələndirilən hər hansı veb-saytlar və dərc olunan hər hansı materialların istifadəsi, istifadə edilə bilməməsi və ya istifadə nəticələri ilə əlaqədar olaraq hər hansı bir istifadəçinin üzləşdiyi birbaşa, bilavasitə və ya dolayı itki, yaxud zədələnməyə görə hər hansı məsuliyyət, o cümlədən aşağıdakılara görə məsuliyyət:
gəlir və ya mədaxil itkisi;
biznes itkisi;
gəlir və ya müqavilə itkisi;
gözlənilən qənaət itkisi;
məlumat itkisi;
nüfuz itkisi;
boşuna sərf olunan idarəetmə və ya ofis vaxtı;
qanun pozuntusu nəticəsində yaranan və ya onun səbəb olduğu, hər hansı digər itki və ya hər hansı növ zədələnmə (etinasızlıq daxil olmaqla), müqavilənin pozulması, hətta qabaqcadan proqnozlaşdırıla bildikdə belə.
Bu, nə bizim etinasızlığımız nəticəsində yaranan ölüm və ya fərdi xəsarətə görə öhdəliyimizə, nə aldadıcı təhrif və ya fundamental məsələ bağlı yanlış bəyanata görə öhdəliyimizə, nə də müvafiq qanunvericiliklə istisna edilməsi və ya məhdudlaşdırılması mümkün olmayan hər hansı digər öhdəliyimizə təsir etmir.
Haqqınızda və Saytımıza girişlərinizlə bağlı məlumat
Biz məxfilik siyasətimizə uyğun olaraq haqqınızda məlumatları emal edirik. Saytımızdan istifadə etməklə, siz bu cür emalla razılaşır və tərəfinizdən təqdim olunan bütün məlumatların düzgün olduğuna zəmanət verirsiniz.
Lokal kompüterinizdə məlumatları saxlamaq üçün kukilərdən istifadə edirik. Bu kukilər hər hansı şəxsi məlumatları ehtiva etmir; onlar yalnız UNiDAYS təcrübəsinə şərait yaratmağa xidmət edir.
Bu veb-saytdan istifadə etməklə, siz 2003-cü il tarixli Məxfilik və Elektron Kommunikasiyalar üzrə Əsasnamənin (PECR) 6 saylı Qaydası ilə razılaşır, aşağıdakıları təsdiq edirsiniz:
1. Siz myunidays.com domenindən kukilərdən imtina etmək üçün brauzerinizi konfiqurasiya etməklə, bu veb-saytdan kukilərin qəbulundan imtina edə bilərsiniz. Bunu etməklə, siz hesabınıza daxil ola bilməyəcəksiniz və biz sizin üçün düzgün məlumatı göstərə bilməyəcəyik.
2. Veb-saytda qeydiyyatdan keçməklə və ya hesabınıza daxil olmaqla, siz açıq şəkildə bu məqsədlə kuki təyin etməyimizlə razılaşırsınız. Biz kuki təyin etmədən veb-sayta girişiniz qeyri-mümkün olur. Bu, əsasnamənin 4 (a) və 4 (b) müddəalarında əhatə olunur.
3. Siz brauzeriniz vasitəsilə istənilən vaxt təyin etdiyimiz hər hansı kukiləri silə bilərsiniz.
4. Bizim kukilərdən istifadəmiz əsasnamənin "Olduqca Ciddi" təyinatı altında həyata keçirilir, ona görə də bizim təyin olunmuş və ya dəyişdirilmiş hər hansı kuki üçün açıq şəkildə mesaj göndərməyimizə ehtiyac qalmır.
Viruslar, hakerlik və digər hücumlar
Siz zərərli və ya texnoloji baxımdan ziyanlı olan viruslar, troyanlar, soxulcan, logik bombalar və ya digər materialları bilərəkdən təqdim etməklə Saytımızdan sui-istifadə etməməlisiniz. Siz Saytımıza, Saytımızın saxlandığı server və ya Saytımıza qoşulmuş hər hansı server, kompüter və ya məlumat bazasına icazəsiz giriş əldə etməyə cəhd edə bilməzsiniz. Siz xidmətdən imtina hücumu və ya paylanmış xidmətdən imtina hücumu ilə Saytımıza hücum etməməlisiniz.
Bu müddəanı pozduqda, siz 1990-cu ilin Kompüterdən Sui-istifadə Aktına əsasən cinayət əməli törətmiş olursunuz. Bu cür hər hansı pozuntu ilə bağlı məlumatı hüquq-mühafizə orqanlarına bildirəcək və həmin orqanlarla kimliyinizi açıqlamaqla əməkdaşlıq edəcəyik. Bu cür pozuntu baş verdiyi halda, Saytımızdan istifadə hüququnuz dərhal dayandırılacaqdır.
Biz paylanmış xidmətdən imtina hücumu, viruslar və ya kompüter avadanlığı, kompüter proqramlarınız, Saytımızdan istifadənizlə bağlı digər patentli materialınıza təsir edə bilən digər texnoloji baxımdan ziyanlı materiala, yaxud Saytda və ya onunla əlaqələndirilən istənilən veb-saytda dərc olunmuş hər hansı materialın endirilməsinin səbəb olduğu hər hansı itki və ya ziyana görə məsuliyyət daşımayacağıq.
Saytımızla əlaqələndirmə
Siz bir şərtlə əsas səhifəmizdə keçidinizi əlaqələndirə bilərsiniz ki, bunu ədalətli və qanuni şəkildə edəcəksiniz və bizim ad-sanımızı ləkələməyəcək və ya ondan səmərə güdməyəcəksiniz, lakin siz mövcud olmadıqda, tərəfimizdən hər hansı əlaqələndirmə, təsdiq və ya razılıq formasını təklif edəcək keçid yaratmamalısınız.
Siz sahiblik etmədiyiniz hər hansı veb-saytdan keçid yaratmamalısınız.
Saytımız başqa digər saytda haşiyələnməməli, yaxud siz əsas səhifəmizdən başqa Saytımızın hər hansı bir hissəsində keçid yarada bilməzsiniz. Bizim əlaqələndirmə icazəsini bildirişsiz geri götürmək hüququmuz var.
Əgər yuxarıda qeyd olunanlardan başqa, Saytımızdakı hər hansı materialdan istifadə etmək istəsəniz, sorğunuzu help@myunidays.com ünvanına göndərməyiniz xahiş olunur.
Saytımızdan keçidlər
Saytımız başqa saytlara və üçüncü tərəflər tərəfindən təqdim olunan resurslara keçidləri ehtiva etdikdə, bu keçidlər yalnız məlumatınız üçün təqdim olunur. Biz nə həmin saytlar və ya resursların məzmununa nəzarət edirik, nə də onlara görə, yaxud onlardan istifadənizlə bağlı yaranan hər hansı itki və ya ziyana görə məsuliyyəti qəbul edirik.
Yurisdiksiya və müvafiq qanunvericilik
İngiltərə məhkəmələrinin Saytımıza giriş nəticəsində yaranan və ya bununla bağlı qaldırılan hər hansı iddia üzrə müstəsna mühakimə hüququ vardır, lakin bununla belə, biz yaşadığınız ölkə və ya hər hansı digər müvafiq ölkədə bu şərtləri pozmağınızla bağlı sizə qarşı məhkəməyə müraciət etmək hüququnu qoruyub saxlayırıq. Bu Şərtlər İngiltərə qanunu ilə tənzimlənir.
Ticarət nişanları
"UNiDAYS" qeydiyyatdan keçmiş ticarət nişanıdır.
Dəyişmələr
Biz bu səhifəni dəyişdirməklə, istənilən vaxt bu Şərtlərə düzəliş edə bilərik. Zaman keçdikcə etdiyimiz hər hansı dəyişikliklərlə bağlı bu səhifəni yoxlamağınız məqsədəuyğundur, çünki bu dəyişikliklər sizlərə aid ola bilər. Bu Şərtlərdə qeyd olunan müddəalardan bəziləri Saytımızın istənilən yerində dərc olunmuş müddəa və ya bildirişlərlə əvəzlənə bilər.
Narahatçılıqlarınız
Əgər saytımızda görünən materialla bağlı hər hansı narahatçılığınız varsa, help@myunidays.com ilə əlaqə saxlayın.